Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

Qida və kənd təsərrüfatı sahəsi

Kənd təsərrüfatı sektorunun inkişafı Azərbaycan hökumətinin prioritet hədəfidir. Ümumdaxili məhsulun (enerji sektorundan sonra) ikincisi olan kənd təsərrüfatının yenidən dirçəldilməsi hökumətin əhalini qida ilə təminatna yönəlik siyasətini və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki kənd təsərrüfatı və heyvandarlıq sahəsindəki potensialın məhdud olmasını vurğulayır.

Mövcud tendensiya, hökumətin hələ də neft sektorundan asılı olan milli iqtisadiyyatı şaxələndirmək strategiyası çərçivəsində kənd təsərrüfatı sektoruna investisiyaların artırılmasından ibarətdir. Bu qəbildən olan son investisiyalar kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələrin ümumi sayının təxminən 30% -ni təşkil edən yüksək texnologiyalı kənd təsərrüfatı müəssisələrinin yaradılmasına gətirib çıxardı.

Ölkə xüsusilə münbit və düzənlik cənub bölgələrində yaxşı meyvə-tərəvəz istehsalı ilə fərqlənir  və dünyanın qərənfil yetişdirilməsində ilk yerlərdən birini tutur. Əsasən MDB ölkələrinə ixrac olunan pomidor becərilməsi də önəmli sahələrdən biridir. Azərbaycanın şimal bölgələrində (Quba/Qusar) alma, armud, Gəncə yaxınlığında nar, ölkənin qərb bölgələrində fındıq, badam və qoz becərilməsi də geniş yayılmışdır. Naxçıvan Muxtar Respublikasında  ərik və əncir becərilməsi, Lənkəran yaxınlığında isə çayçılıq inkişaf etdirilir. Lakin  bu, bir çox qida məhsullarının keyfiyyət səviyyəsi və məhsulun keyfiyyət/qiymət nisbəti uyğun olan Baltikyanı ölkələrdən, Ukrayna, Rusiya və Türkiyədən idxalını istisna etmir.

Aqrar sektor bir sıra səbəblərdən italyan şirkətləri üçün maraqlı investisiya imkanları yaradır: ilk növbədə, Azərbaycan Rusiya bazarı ilə ticarət əlaqələrini davam etdirməyə imkan verən strateji bir mövqeyə malikdir. İkincisi, Azərbaycan hökuməti  xeyli vergi güzəştləri ilə aqrar sektorun artımını dəstəkləyir (məsələn, korporativ mənfəət vergisi tutulmur) və bir hektar ərazinin qiyməti  İtaliya və Avropadakından xeyli aşağıdır. Nəhayət, işçi qüvvəsinin  qiyməti də aşağıdır (orta aylıq əmək haqqı 400 AZN,  təqribən 200 Avrodur).