Questo sito utilizza cookies tecnici (necessari) e analitici.
Proseguendo nella navigazione accetti l'utilizzo dei cookie.

LİNGUİST DİL MƏRKƏZİ TƏRƏFİNDƏN TƏŞKİL EDİLƏN KURSLAR

LINGUIST Dil Mərkəzi 2010-cu ildə təsis edilmiş və 2019-cu ildə Siena Əcnəbilər Universiteti (İtaliya) ilə müəllim və tələbə mübadiləsi, təhsil proqramları, müəllimlərin təkmilləşdirilməsi və dil bacarıqlarını müəyyən etmək üçün imtahanları reallaşdırmaq məqsədilə əməkdaşlıq üzrə anlaşma imzalamışdır. Hal-hazırda Dil Mərkəzində müxtəlif səviyyələr üzrə italyan dili kursları təşkil edilir və həftədə bir dəfə danışıq klubu fəaliyyət göstərir. Italyan dili kursu hər dərs bir saat yarım olmaqla həftədə iki dəfə keçirilir və 3 fərqli səviyyəni əhatə edir: aşağı, orta, yuxarı səviyyə. Hər bir səviyyə ən azı 12 həftə davam edir. Kurs minimum 4, maksimum 14 tələbə ilə fəaliyyət göstərir. Bundan əlavə kurs Siena Əcnəbilər Universiteti tərəfindən CILS e DITALS sertifikatları əldə etmək üçün rəsmi olaraq imtahan mərkəzi kimi tanınır. LINGUIST Dil mərkəzi italyan enoqastronomiyasının ənənələri ilə tanış olmaq və italyan mətbəxini öyrənmək məqsədilə mətbəx sənəti və şərab dequstasiyası ilə bağlı kurslar da təklif edir.

Bakının Linguist məktəbi Bakıda ilk CILS sertifikatlaşdırma mərkəzi kimi fəaliyyət göstərə bilmək üçün Sienanın Xaricilər Universiteti ilə apardığı danışıqları tamamlamışdır. Azərbaycanda rəsmi formada tanınan bu sertifikatı bütün italyan dili tələbələri birbaşa əldə edə biləcək. Linguist artıq İtalyan dilinin xarici dil kimi tədrisi üzrə DITALS mərkəzi kimi tanınır.

Əlaqə:
Tel: +994125974897
Mob:+994772220083
Email: info@linguist.az

Ünvan:
Səməd Vurğun küç. 43, World Business Centre, 14-cü mərtəbə