Questo sito utilizza cookies tecnici (necessari) e analitici.
Proseguendo nella navigazione accetti l'utilizzo dei cookie.

DANTE ALİGHİERİ CƏMİYYƏTİ

Dante Alighieri Cəmiyyəti 1889-cu ildə “dünyada italyan dili və mədəniyyətinin qorunması və təbliği’’ məqsədi ilə yaradılmışdır. Cəmiyyət bunu xaricdəki komitələri vasitəsi ilə formalaşdırdığı “Dante Alighieri” mərkəzləri, kitabxanaları, italyan dili və mədəniyyəti klubları və kursları təşkil etməklə icra edir. Dante Alighieri Cəmiyyətinin Italiyada 81, dünya üzrə isə 401 komitəsi mövcuddur.
Onlardan biri də 2013-cü ilin yanvar ayında Bakıda açılmışdır. Bakı Komitəsində hər səviyyə üzrə kurslar təşkil edilir. Tədris metodologiyası və didaktik kurs tələbənin məqsədləri əsasında müəyyənləşdirilir. Bundan əlavə rəsmi olaraq italyan dili üzrə bilikləri təsdiq edən PLIDA sertifikatı verən (İtalyan Dili Dahiyəsi Dante Alighieri) imtahan mərkəzi kimi tanınır. Bakı komitəsi Dante Alighieri Cəmiyyəti tərəfindən təsis edilən PLIDA sertifikatı üzrə Romadan imtahan mərkəzi lisenziyasını almışdır. 2020-ci ilin ilk imtahan sessiyası pandemiya səbəbindən təxirə salınsa da, 2020-ci ilin noyabr ayındakı sessiya uğurla başa çatdı. 2021-ci ilin imtahan sessiyası mütəmadi olaraq təşkil ediləcək.

Müəllimlər: Dərslər dildaşıyıcısı və yerli müəllimlər tərəfindən kommunikativ/interaktiv metodlar əsasında keçirilir. Bu metod iştirakçıların nitqinin fəal olmasını və daha çox ünsiyyətdə olmalarını təmin edir.
Vəsait: Dərs materialları Dante Alighieri Cəmiyyətinin Bakı Komitəsi tərəfindən təmin ediləcəkdir.
Sertifikat: İntensiv kursu yekunlaşdıran iştirakçılar müvafiq imtahan verdikdən sonra sertifikat əldə edəcəklər.
Qəbul: İntensiv kursa qəbul istiqamətləndirici müsahibə əsasında keçirilir.

Əlaqə:
E-mail: dantebaku@gmail.com/plida.baku@gmail.com
Tel: +994515041024

Ünvan:
Azərbaycan Turizm və Menecment Universiteti
Koroglu Rahimov küç. 822/23 (Gənclik m.)