Bu gün Respublika Senatının Xarici İşlər Komissiyasının sədri senator Vito Petrocellinin Bakı ilə yanaşı, Ağdam və Gəncə şəhərlərini də əhatə edən Azərbaycana rəsmi səfəri başa çatdı. Dörd günlük səfər çərşivəsində İtaliya nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafrova, Xarici işlər naziri Ceyhun Baymarov, Kənd təsərrüfatı naziri İnam Kərimov, AR Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Hikmət Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Əsgər Ələkbərov ilə görüşdü. Əsgər Ələkbərov ilə senator Petrocelli ilə missiyada iştirak edən Matera Bələdiyyə Başçısı Domenico Bennardi Lucan Bələdiyyəsi ilə İçərişəhər arasında dostluq və əməkdaşlıq üzrə protokol imzaladılar. Saziş aqrar-qida, mədəniyyət, turizm, sənətkarlıq, tarixi və memarlıq irsinin bərpası sahələrində əməkdaşlıqların başlanmasını nəzərdə tutur.