Questo sito utilizza cookies tecnici (necessari) e analitici.
Proseguendo nella navigazione accetti l'utilizzo dei cookie.

2021-2022-ci tədris ili üçün İtaliya hökuməti tərəfindən xarici tələbələrə təqdim olunan təqaüdlərlə bağlı elan

Səfirlik bildirir ki, hər il olduğu kimi, bu il də İtaliya Hökuməti 2021-2022-ci tədris ili üçün xarici tələbələrə İtaliya Hökuməti tərəfindən verilən təqaüdlərin təyin edilməsi prosedurlarına başlamışdır. Bu elana əlavə edilən müraciətlərin təqdimatına dair göstərişləri və bu müraciətlərə baxılması təlimatlarını özündə əks etdirən bildiriş Xarici İşlər və Beynəlxalq Əməkdşalıq Nazirliyi ilə əməkdaşlıq çərçivəsində yeni standartlara cavab verərək hazırlanmış və təqaüdlərə həsr olunmuş portalda da https://studyinitaly.esteri.it/en/home_borse dərc edilmişdir.
Portalda italyan və ingilis dillərində təqaüd qazanan tələbələrin İtaliyada daha rahat hərəkət edə bilməsi üçün seçilmiş universitetə qeydiyyat üçün göstərişlər, aylıq ödənişlərin rüblük ödəniş üsulları və sığorta ödənişi daxil olmaqla bütün faydalı məlumatlar öz əksini tapır.
Elan 20 İYUL 2021 tarixi saat 14.00-a (İtaliya vaxtı) qədər açıq olacaqdır. Göstərilən son tarixdən sonra daxil olan müraciətlər qəbuledilməz sayılacaqdır.
Yalnız aşağıdakı təhsil kursları üçün təqaüd vermək mümkün olacaqdır:
– Magistr kursları
– AFAM kursları
– Doktorluq
– Müştərək tədqiqat layihələri
– İtalyan dili kursları

TƏQAÜD ELANI İTALYAN DİLİNDƏ
TƏQAÜD ELANI İNGİLİS DİLİNDƏ