Məlumat üçün bildiririk ki, İtaliya Səhiyyə Nazirliyinin 29/07/2021 tarixli əmrinin qüvvəyə minməsi ilə, Azərbaycan D siyahısına əlavə edilmişdir ki, bu siyahı da Covid-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşları və sakinləri əvvəllər müəyyən edilmiş məhdudiyyətlər olmadan İtaliyaya daxil ola biləcək ölkələri özündə birləşdirir.
Bununla birlikdə qeyd etmək lazımdır ki, İtaliyaya səyahət etmək niyyətində olan səyahətçilərin hələ də qüvvədə olan məhdudiyyətlər və öhdəliklər haqqında, xüsusilə də məcburi karantin qaydaları, milli əraziyə daxil olmazdan əvvəl ediləcək testlər və karantinin bitmə müddətinə xüsusi istinad edərək məlumatlanmalarına ehtiyac duyulur.