Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

Viza müraciətləri ilə bağlı vacib elan

İstifadəçilərimizə bildiririk ki, viza müraciətinin idarə edilməsi sistemi hər hansı bir viza növü üçün qanunla tələb olunan məlumat və sənədlər tam olmadığı halda ərizələri araşdırılıb qəbul edilməsinə icazə vermir. Lazımi sənəd tələbləri haqqında daha ətraflı məlumat üçün Visametric outsourcing şirkətinin internet səhifəsindəki müvafiq bölməyə müraciət edə bilərsiniz: http://visametric.az/document-requirements/.
Xüsusilə də qeyd edilir ki, viza müraciətini dəstəkləmək üçün maliyyə zəmanətlərinin dəqiq, rəsmi sertifikatlaşdırılması zəruridir. Təhsil məqsədli vizalara gəldikdə isə tələb olunan sənədlər aşağıdakı linkdə göstərilmişdir: https://ambbaku.esteri.it/ambasciata_baku/it/ambasciata/news/dall-ambasciata/2021/07/visti-nazionali-per-studio-presso_0.html

Hər hansı bir sənəd tələbi olmayan viza müraciətləri heç bir halda outsourcing şirkəti tərəfindən qəbul edilə bilməz və Səfirliyin Konsulluq şöbəsi tərəfindən rəsmi qaydada avtomatik olaraq rədd ediləcəkdir.
İstifadəçilərə bildirilir ki, müraciətlərin çox olması səbəbindən əvvəlcə 15 sentyabr 2021 -ci il tarixinə təyin olunan təhsil məqsədləri üçün viza müraciətlərinin təqdim edilmə müddəti 17 Sentyabr 2021, Cümə gününə qədər uzadılmışdır.
Təqdimat tarixi 17 Sentyabr 2021 -ə qədər olan təhsil vizaları istisna olmaqla, istifadəçilərə xatırladılır ki, digər növ viza müraciətləri hər zaman olduğu kimi qeyd edilən link vasitəsilə online növbə götürərək http://visametric.az/book-an-appointment/ Outsourcing şirkətinə müraciət etməklə 30 Sentyabr 2021 -ci il tarixinədək qəbul ediləcəkdir.
Nəticə olaraq istifadəçilərimizə bir daha xatırladırıq ki, idarəetmə sisteminin icazə verdiyi gündəlik təyinatların maksimum sayını nəzərə alaraq viza üçün müraciət etmə vaxtınızı əvvəlcədən planlaşdırmanız məqsədəuyğundur.