Bu sayt texniki, analitik və üçüncü tərəf kukilərindən istifadə edir.
Gözdən keçirməyə davam etməklə siz kukilərdən istifadəni qəbul edirsiniz.

Preferences cookies

MAECI təhsil təqaüdləri 2021/2022

Səfir Claudio Taffuri, 2021/2022 tədris ili üzrə qalib gələn namizədlərə Magistr pilləsi üçün Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən verilən təqaüdləri təqdim etdi. Mərasim zamanı tələbələr İtaliyada onları gözləyən universitet həyatı ilə bağlı həyəcanlarını bizimlə bölüşmək və özləri haqqında məlumat vermək imkanı əldə etdilər. Azərbaycanlı tələbələrin ölkəmizdə təhsil alacaqları sahələr Neft Mühəndisliyi, İnformasiya Texnologiyaları, Beynəlxalq əməkdaşlıq, Biznesin İdarə Edilməsi, Turizm Strategiyaları və İtaliya istehsalı, Şərabçılıq və Üzümçülükdür.