Questo sito utilizza cookies tecnici (necessari) e analitici.
Proseguendo nella navigazione accetti l'utilizzo dei cookie.

Viza müraciətlərinin qəbulu ilə bağlı yeni prosedur

Məlumat verilir ki, VisaMetric şirkəti Italiya Səfirliyi üçün viza sənədlərini 30 Sentyabr 2021-ci il tarixinə qədər qəbul edəcəkdir.

5 Oktyabr 2021-ci ildən etibarən viza sənədləri Xəqani küçəsi 77 AZ 1010 ünvanında Landmark I iş mərkəzinin 5-ci mərtəbəsində yerləşən İtaliyanın Bakıdakı Səfirliyində qəbul ediləcəkdir.

Viza sorğularının qəbul edilməsi üçün baku.visti@esteri.it email ünvanına email yazılaraq görüş istənilməli və emailin mövzu yerində VISA APPOINTMENT yazılmalıdır. Emailin mətnində görüş təyin edilməsi məqsədilə ərizəçi ilə əlaqə yatarmaq üçün mütləq əlaqə nömrəsi qeyd edilməlidir.

Vizaya müraciət edən şəxslər reseptionda görüşün təyin edilməsinə aid təsdiq emailini təqdim etməlidirlər, əks halda Səfirliyə giriş mümkün olmayacaqdır.