Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

Covid-19 fövqəlada hal ilə bağlı yeniliklər: İtaliya Səhiyyə Nazirliyinin 22.02.2022-ci il tarixli sərəncamı

Baş nazirin 2 mart 2021-ci il tarixli Fərmanının 20 nömrəli əlavəsində istinad edilən ölkələrə aid əvvəlki siyahıları və beynəlxalq mobillik ilə bağlı sonrakı düzəlişləri və müddəaları ləğv edən Səhiyyə Nazirinin 22 fevral 2022-ci il tarixli Sərəncamı (ƏLAVƏDƏ). Martın 1-dən 2022-ci il martın 31-dək (İtaliyada hazırkı başa çatmaş fövqəladə vəziyyət) bütün Aİ və Aİ-yə daxil olmayan üçüncü ölkələrdən (Azərbaycan da daxil olmaqla) İtaliyaya girişə faktiki olaraq yuxarıda qeyd olunan Sərəncamın 1-ci Maddəsi ilə tənzimlənən şərtlərlə icazə veriləcək:

Maddə 1

(Milli əraziyə girişlə bağlı müddəalar)

1. Covid-19 simptomlarının olmaması şərtilə, aşağıdakı şərtlərlə ölkə ərazisinə girişə icazə verilir:

a) təyyarəyə minərkən daşıyıcıya və ya yoxlamaların aparılmasına məsul olan şəxsə mobil cihazı vasitəsi ilə və ya kağız nüsxədə rəqəmsal Sərnişin Lokator Formunu təqdimat etmək;

b) təyyarəyə minərkən daşıyıcıya və ya yoxlamaların aparılmasına məsul olan şəxsə 22 aprel 2021-ci il tarixli qanunun 9-cu maddəsinin 2-ci bəndində göstərilən və ya yuxarıda qeyd olunan 9-cu maddənin 2-ci bəndində göstərilən şərtləri təsdiq edən, Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş müddəalara uyğun olaraq və bu mövzuda qüvvədə olan Avropa Qaydaları ilə müəyyən edilmiş müddət ərzində ekvivalent kimi tanınan digər sertifikatı təqdim etmək.

2. Yalnız bu maddənin 1-ci bəndinin b) hissəsində göstərilən sertifikatlardan biri təqdim edilməyi halda sərnişinlərin yerini müəyyən edən rəqəmsal formada göstərilən ünvanda beş gün müddətinə karantin tədbiri tətbiq edilir və bu müddətin sonunda test vasitəsilə molekulyar və ya antigen yoxlama həyata keçirilir.

3. Bu maddədə qeyd olunan sertifikatlar rəqəmsal və ya kağız formatda təqdim edilə bilər.

4. San Marino Respublikasına və Vatikana, həmçinin oradan hərəkətlər məhdudiyyətlərə və öhdəliklərə məruz qalmır.

Buna görə də bütün Azərbaycan vətəndaşları üçün Şengen vizalarının, o cümlədən istənilən müddətə və etibarlılığa malik turist vizalarının verilməsinin ümumi bərpası nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, viza sahibləri yuxarıda 2-ci bənddə qeyd olunan şərtlərə yalnız özləri məsuliyyət daşıyaraq tabe olmalıdırlar(belə ki, bu Viza Ofisi təqdim olunan müraciətlərə baxarkən müvafiq sağlamlıq sənədlərini yoxlamayacaqlar – başqa sözlə yoxlamalı deyillər).

****

QEYD
İtaliyaya və ya İtaliyadan gələn hər bir xüsusi səyahətçiyə aid olan tənzimləmə rejimi ilə bağlı dəqiq məlumat əldə etmək, onun və onun ailə üzvlərinin milliyyətinə əsaslanaraq, son 14 gün ərzində qaldıqları yer, habelə qalma səbəbləri ilə bağlı ətraflı məlumat almaq üçün Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Böhran Şöbəsinin bu ünvanda olan anketini doldurmağınızı xahiş edirik.

****
QEYD

Həmçinin xatırladılır ki, İtaliyada Covid Pasportunun (Green Pass) istifadəsi ilə bağlı sağlamlıq rejimi 31 mart 2022-ci ilə qədər qüvvədədir (sağlamlıq tədbirlərinin yenilənməsi istisna olmaqla).

2022-ci il 31 mart tarixinədək Covid Pasportu (Green Pass) olanlara icazə verilir:

• Otellər və digər yerləşdirmə obyektləri, o cümlədən müştərilər üçün ayrılmış daxili iaşə xidmətləri;
• Yalnız ölkə ərazisində ictimai nəqliyyat vasitələri (milli reyslər üçün təyyarələr, ölkə ərazisində qatarlar, regionlararası nəqliyyat xidmətləri üçün istifadə olunan gəmilər və bərələr, avtobuslar, kanat yolları, qandol liftləri)
• Konfransları, konqreslər, festivallar, yarmarkalar;
• Mülki və dini mərasimlərin nəticəsi olan şənliklər;
• Muzeylər və sərgilər və ya digər mədəniyyət məkanları
• Kurortlar (reabilitasiya və müalicəvi məqsədlər üçün əsas xidmətlər istisna olmaqla), mədəniyyət, sosial və istirahət mərkəzləri, tematik parklar və əyləncə parkları;

Bu tələblər 12 yaşınadək uşaqlar və müvafiq tibbi arayış əsasında peyvənd kampaniyasından azad edilənlərə aid deyil. Ətraflı məlumat üçün bu ünvana müraciət edin: https://www.governo.it/sites/governo.it/files/documenti/documenti/Notizie-allegati/tabella_attivita_consentite.pdf