İtaliyanın Mədəniyyət Nazirliyi Kitabxana işi və müəllif hüquqları Baş İdarəsi vasitəsilə 2022-ci il üçün təsis edilən tərcümə üzrə milli mükafatların verilməsi üçün müsabiqə elan edir.
İştirak üçün müraciətlər aşağıda qeyd edilən link vasitəsi ilə yalnız rəqəmsal formatda 1 martdan 31 mart tarixinədək doldurulmalı və göndərilməlidir.https://www.librari.beniculturali.it/it/contributi/premi-nazionali-per-la-traduzione/Sportello-domande/
Tərcümə üzrə milli mükafatlarda iştirak və qəbul qaydalarını əks etdirən fayl əlavə edilir.
Əlavə məlumat üçün maraqlanan şəxslər preminaz-traduzione@beniculturali.it və ya İtaliyanın Bakıdakı Səfirliyinə (ambasciata.baku@esteri.it) müraciət edə bilər.