Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

PORTALE ALUMNI

İtaliyanın Bakıdakı Səfirliyi böyük məmnuniyyətlə keçmiş MAECI Təqaüdçülərinə məlumat verir ki, keçmiş məzunlara həsr olunmuş yeni portal istifadəyə verilib. Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən yaradılan yeni platforma (https://alumnifarnesina.it) keçmiş MAECI təqaüdçülərinə onlar üçün potensial maraq doğuran məlumatları əldə etməyə, digər iştirakçılarla qarşılıqlı əlaqə yaratmaq, müzakirələr etmək və şəbəkə qurmaq imkanı verəcək. MAECI təqaüd proqramının keçmiş təqaüdçülərinə həsr olunmuş bu layihə iştirakçıların peşəkar və mədəni zənginləşməsini təşviq etmək və sonuncuların İtaliya qurumları ilə əlaqə saxlamağına şərait yaratmaq məqsədi daşıyır. “Alumni Farnesina” proqramı vasitəsilə dünyanın hər yerindən keçmiş təqaüdçülərlə sıx əlaqə şəbəkəsi yaratmaq, Səfirlik tərəfindən təşkil olunan təşəbbüslərə dəvət almaq, təlim və peşəkar imkanlardan xəbərdar olmaq mümkündür. Platformaya iOS və Android sistemləri üçün Alumni Farnesina proqramını istifadə etməklə də daxil olmaq olar. Aşağıda qeyd olunan linkdə portalın təqdimat videosu ilə tanış ola bilərsiniz: https://youtu.be/lQMEoDLv3EI?si=b5cgtyQm_I6Z4HJS