İtaliyanın Bakıdakı Səfirliyi Bakı Kitab Sərgisində öz stendi ilə iştirak edəcək. Bu ilki sərgi iki xüsusi tədbirlə zənginləşəcək.
3 oktyabr saat 12.00-da sərginin Yaşıl Zonasında ArtCloud Network international-un direktoru, Fabrizio Kontinin “Agdam delenda est” foto kitabının təqdimatı keçiriləcək.
Oktyabrın 4-də saat 11.00-dan etibarən yenidən Yaşıl Zonada Bakıda italyan dili tədris olunan məktəblərin uşaqları üçün nəzərdə tutulmuş “Geronimo Stilton – Mille Meraviglie” şousu keçiriləcək. Bu təqdimatda məşhur komiksin personajlarını canlandıran iki aktyor çıxış edəcək və tamaşanın sonunda gənc tamaşaçılara Q.Stiltonun macəralarından bəhs edən “Mavidə min möcüzə. Dənizdən görünən İtaliyanın kəşfi” kitabı hədiyyə ediləcəkdir.