Trento Universiteti 2025-2026-cı tədris ili üçün Beynəlxalq Tədqiqatlar Məktəbi tərəfindən iki kurs üzrə təklif olunan Magistr dərəcəsinə qəbul elan vermişdir. Biri, Pizadakı Scuola Superiore Sant’Anna ilə birgə təklif olunan Beynəlxalq Təhlükəsizlik Tədqiqatları Kursudur (MISS), digəri isə Avropa və Beynəlxalq Araşdırmalar Kursudur (MEIS). Bütün kursların təlim dili ingilis dilidir. Hər iki elan Aİ vətəndaşları olmayanlar üçün ayrılmış yerləri özündə ehtiva edir. Qəbulda birinci yerləri tutan Aİ üzvü olmayan namizədlərə İtaliyada illik 7200 avroluq yaşayış xərclərini qismən ödəmək üçün təqaüd verilə bilər. Mövcud təqaüdlər MISS Kursu üçün 1 və MEIS Kursu üçün 3-dür. Təqaüdlərdən əlavə olaraq, bir çox tələbə qəbul reytinqində təyin olunmuş bala əsasən universitet ödənişlərindən azad olmaq imkanı əldə edəcəkdir. Bütün faydalı məlumatları aşağıdakı linklərdən əldə edə bilərsiniz:
MISS: https://international.unitn.it/miss/applying-for-miss
MEIS: https://international.unitn.it/meis/applying-for-meis
Trentino mühacirlərinin ailə üzvləri üçün təqaüdlər: www.mondotrenti-no.net