MÜVƏQQƏTİ SƏYAHƏT SƏNƏDİ – ETD
İtalyan konsulluq nümayəndəlikləri müvəqqəti səyahət sənədini (ETD – Təcili Səyahət Sənədi) verildiyi tarixdən etibarən, ən çox 5 günlük müddətə, AİRE-də qeydiyyatdan keçdiyiniz təqdirdə, yalnız İtaliyaya və ya xaricdə yaşadığınız ölkəyə qayıtmaq üçün verilə bilər.
TƏLƏB OLUNAN SƏNƏDLƏR
ETD sənədini almaq üçün aşağıdakı sənədlərlə Konsulluq İdarəsinə müraciət etməlisiniz:
• pasportun oğurlanması və ya itirilməsi barədə yerli səlahiyyətli polis idarəsinə bildiriş;
• sənəd üçün 2 fotoşəkil (eyni, öndən, rəngli)
• mümkün olduğu təqdirdə, itirilmiş və ya oğurlanmış sənədin və ya fotoşəkilli hər hansı digər sənədin nüsxəsi və ya alternativ olaraq ərizəçini tanıyan, şəxsiyyəti vəsiqəsi olan şahidin iştirakı.
XƏBƏRDARLIQ – Ərizəçinin kimliyi, itirilən və ya oğurlanmış şəxsiyyət vəsiqəsinin surətləri və ya fərdi məlumatları, fotoşəkil və imzanı (məsələn, sürücülük vəsiqəsi) ehtiva edən digər sənədlərlə və yaxud ən azı bir şahidin təqdim etdiyi bəyannamə ilə göstərilməlidir ( şahid yetkinlik yaşında olmalı və şəxsiyyəti təsdiq edən etibarlı sənədə sahib olmalıdır – yəni (şəxsiyyət vəsiqəsi və ya pasport).
Bu seçimlərdən heç biri mümkün deyilsə, konsulluq nümayəndəliyi ərizəçinin şəxsi məlumatlarının təsdiqini İtaliyada yaşadığı ərazi üzrə bələdiyyədən tələb etməlidir. Llakin bu yoxlama uzun çəkə bilər.
MÜŞAYİƏT OLUNMAYAN AZYAŞLILAR – Valideynlərinin müşayiət etmədiyi azyaşlılar üçün, onların həvalə edildikləri şəxsin adı və ya sonuncunun sənədlərinin bir nüsxəsi ilə birlikdə valideynlərin razılığı qeyd edilən bəyannamə təqdim edilməlidir.
ETF-nin dəyəri nağd və manat şəklində ödənilməklə 1,55 avro təşkil edir.