YENİ PASPORT ÜÇÜN MÜRACİƏT
Təqdim ediləcək sənədlər
AZYAŞLI ÖVLADI OLMAYAN HƏDDİ-BULUĞA ÇATMIŞ ƏRİZƏÇİ
· Müraciət edən şəxs tərəfindən imzalanmış pasport müraciət forması (formanı yükləmək üçün buraya daxil olun)
· Etibarlılıq müddətii bitməyən köhnə pasport;
· yeni çəkilmiş pasport ölçülü iki fotoşəkil (eyni, öndən və arxa fon ağolmaqla olmqla)
AZ YAŞLI ÖVLADI OLAN HƏDDİ-BULUĞA ÇATMIŞ ƏRİZƏÇİ:
· Müraciət edən şəxs tərəfindən imzalanmış pasport müraciət forması (formanı yükləmək üçün buraya daxil olun)
· Etibarlılıq müddətii bitməyən köhnə pasport
· yeni çəkilmiş pasport ölçülü iki fotoşəkil (eyni, öndən, rəngli və arxa fon ağ olmaqla)
· Digər valideyn tərəfindən imzalanmış və həmin valideynin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmiş razılıq sənədi;
Pasportun oğurlandığı və ya itirildiyi təqdirdə, yeni bir pasport müraciəti üçün tələb olunan sənədlərə, səlahiyyətli yerli polis orqanlarına təqdim olunan ərizənin surəti də əlavə olunmalıdır.
YETKİNLİK YAŞINA ÇATMAYAN ŞƏXSLƏRİN LEHİNƏ MÜRACİƏT:
· yetkinlik (18) yaşına çatmayan şəxslər üçün pasport müraciət forması (formanı yükləmək üçün buraya daxil olun):
· yeni çəkilmiş pasport ölçülü iki fotoşəkil (eyni, öndən, rəngli və arxa fon ağ olmaqla)
· Hər iki valideynin etibarlı pasportu və / və ya şəxsiyyət vəsiqəsi
QEYD:
· Yetkinlik yaşına çatmayan şəxs xaricdə anadan olubsa, pasport almaq üçün əvvəlcə İtaliyada qeydiyyata alınmalıdır.
· Valideynlərdən biri razılıq formasını imzalamaqdan imtina etdiyi təqdirdə, maraqlı tərəf digər valideynin razılıq verməkdən imtina etmə səbəblərini izah edən və əlaqə yaratmaq üçün lazım olan bütün məlumatların göstərildiyi imzalı ərizə formasını Konsulluq idarəsinə təqdim etməlidir.
Narazılıq səbəblərinin əsassız olduğu aşkar edildiyi təqdirdə, Konsulluq şöbəsinin müdiri, müvafiq qərarla pasport verilməsinə icazə verə bilər.
Müraciət tələb olunan sənədlərlə birlikdə, şəxsən Konsulluq İdarəsinə təqdim oluna və ya baku.consolare@esteri.it e-poçt ünvanına göndərilə bilər:
Daha sonra, biometrik məlumatların alınması məqsədilə ərizəçi Konsulluq idarəsinə dəvət olunacaq.
Yeni pasportun dəyəri səfirliyin rüblük hesabatlarına əsasən 116,32 avrodur, nağd və manatla ödənilə bilər.
XƏBƏRDARLIQ:
Vətəndaşlardan yeni pasport almadan əvvəl aviabilet əldə etməmələri xahiş olunur. Təyyarə biletinin olması passportu təcili almaq üçün səbəb hesab olunmayacaq.