Maraqlanan şəxslərin diqqətinə çatdırılır ki, Azərbaycanda İtalyan dili üzrə sertifikatlar təqdim etməyə səlahiyyətli olan qurumların siyahısı aşağıda verilmişdir. Bununla bağlı olaraq xatırladırıq ki, İtaliyanın Bakıdakı Səfirliyi qeyd olunan qurumlarla heç bir müqavilə və ya digər xarakterli əlaqəyə malik deyil və buna görə də həmin qurumlar tərəfindən keçirilən kurslara eləcə də burada təqdim olunan məlumatlara görə heç bir məsuliyyət daşımır. Məlumatların dəqiqliyi birbaşa sertifikatı təqdim edən müvafiq məktəb və ya universitetlə əlaqə saxlanılaraq yoxlanılmalıdır.
1. CIAO – İtalyan dili üzrə Tədris və Yönləndirmə Mərkəzi
CIAO – Siena Əcnəbilər Universitetinin CILS sertifikat imtahanlarının və Dante Alighieri Cəmiyyətinin PLIDA sertifikat imtahanları üzrə rəsmi və yeganə imtahan mərkəzidir. Bu sertifikatlar İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi (MAECI) tərəfindən tanınır və beynəlxalq səviyyədə təhsil, iş və İtaliya vətəndaşlığı üçün keçərlidir.
Əlavə məlumat üçün:
📞 +994 50 388 38 87
📞 +994 50 265 72 35
📸 Instagram: ciao.azerbaigian.italia