Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

Vizalar

BUNA GÖRƏ DƏ VIZA ƏRIZƏLƏRINI PLANLAŞDIRILMIŞ UÇUŞ TARIXLƏRINDƏN BİR MÜDDƏT QABAQ TƏQDIM ETMƏK MƏSLƏHƏTDIR.

 

İTALİYA ÜÇÜN VİZA NECƏ ƏLDƏ ETMƏK OLAR

 

Hər bir viza növünün verilməsi üçün tələblərin və şərtlərin siyahısı, habelə İtaliyada və Şengen bölgəsində immiqrasiya qanunvericiliyinə dair məlumatlar Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin internet saytında “Il visto per l’Italia” bölməsində italyan, ərəb, ingilis, rus, çin dillərində mövcuddur.

Digər əlavə məlumat üçün: https://www.esteri.it/it/servizi-consolari-e-visti/ingressosoggiornoinitalia/.

 

VİZA MÜRACİƏTLƏRİNİN QƏBUL EDİLMƏSİ

 

Azərbaycanda yaşayan vətəndaşlar və daimi yaşayış icazəsi olan əcnəbilər viza üçün müraciət edə bilərlər.

İtaliya Respublikasından əlavə, bu Səfirlik Şengen vizalarının verilməsi üçün Malta Respublikasını da təmsil edir.

 

GÖRÜŞ RİZERVASİYASI

 

Oktyabrın 12-dən etibarən İtaliya və Malta üçün viza müraciətləri Nizami küç. 96E (Landmark I –  mərtəbə I ) ünvanında yerləşən yeni viza mərkəzi olan VFS Global-da qəbul olunacaq. Görüşləri aşağıdakı link vasitəsilə müraciət edərək təyin etmək olar: https://visa.vfsglobal.com/aze/en/ita

Hər hansı bir sual yarandığı halda yardım üçün +994 12 210 87 65 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz. Bundan əlavə e-mail vasitəsi ilə də məlumat almaq mümkündür (info.italybaku@Vfshelpline.com).

Prosedurlar haqqında daha ətraflı məlumat üçün FAQ bölməsinə müraciət edilməsi məsləhət görülür.

 

İki ölkə arasında 2011-ci ilin avqust ayından qüvvədə olan diplomatik və xidməti pasportların vizadan azad edilməsinə dair ikitərəfli Konvensiyaya əsasən, diplomatik və xidməti pasportlara malik şəxslər üçün qısamüddətli səfərlər üçün giriş vizası tələb olunmur.

 

VASİTƏÇİLİK QADAĞASI

 

Viza sənədlərini təqdim etmək və ya viza əldə edilməsini asanlaşdırmaq üçün pullu xidmətlərini təklif edən hər hansı bir vasitəçilərə inanmamaq tövsiyə olunur.

Xüsusilə də viza üçün müraciət etmək və viza əldə etmək üçün imtiyazlı kanalları olan insanlara qarşı diqqətli olmaq tövsiyə olunur.

Nəzərinizə çatdırılır ki, İtaliya Səfirliyi viza müraciətlərini təqdim etmək və viza əldə etmək üçün yeganə rəsmi kanaldır. Qəbul edilən yeganə ödəniş forması konsulluq rüsumunun məbləğidir ki, bu da qanuna görə Azərbaycan vətəndaşları üçün 35 Avro təşkil edir (digər millətlərdən olan vətəndaşlar üçün qiymət dəyişə bilər).

Ərizəni təqdim etmək üçün düzgün olmayan prosedurlar və ya üçüncü şəxslər tərəfindən müdaxilə aşkar edilərsə, bu hal viza ərizəsinin özünün rədd edilməsinə gətirib çıxarır.

 

MODULLAR

 

Şengen vizası üçün ərizə forması (italyan/azərbaycan).

Şengen vizası üçün ərizə forması (ingilis).

Milli vizalar üçün ərizə forması (italyan/ingilis).

Turizm vizası üçün dəvət məktubu (italyan/ingilis).

İşgüzar viza üçün dəvət məktubu (italyan).