Maraqlanan şəxslərin nəzərinə çatdırılır ki, aşağıda Azərbaycanda italyan dili sertifikatları vermək səlahiyyətinə malik qurumların siyahısı təqdim olunur. Qeyd edilir ki, İtaliyanın Bakıdakı Səfirliyi bu qurumlarla heç bir müqavilə və ya digər formada əlaqədə deyil. Buna görə onların təşkil etdiyi kurslara, eləcə də burada göstərilən məlumatlara görə məsuliyyət daşımır. Məlumatlar sertifikat verən məktəb və ya universitetlə birbaşa dəqiqləşdirilməlidir.
- CIAO – Centro Italiano di Apprendimento e Orientamento
CIAO Mərkəzi İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən tanınan aşağıdakı sertifikatları təqdim edir:
Dil sertifikatları:
- Università per Stranieri di Siena tərəfindən verilən CILS
- Università per Stranieri di Perugia tərəfindən verilən CELI
- Società Dante Alighieri tərəfindən verilən PLIDA
Tədris sertifikatı:
- DILS-PG – Xarici Dil kimi İtalyan Dilinin Tədrisi, Università per Stranieri di Perugia. Bu, əcnəbilərə italyan dili öyrətmək üçün lazım olan bacarıqları təsdiq edən rəsmi sertifikatdır.
Əlaqə məlumat üçün:
📞 +994 50 388 38 87
📞 +994 50 265 72 35
📸 Instagram: ciao.az.it
- Azərbaycan Dillər Universiteti (ADU)
ADU, Università per Stranieri di Perugia tərəfindən təşkil olunan CELI sertifikat imtahanlarının rəsmi mərkəzidir. Hal-hazırda kurslar hələ aktiv deyil.
Əlavə məlumat üçün universitetlə birbaşa əlaqə saxlamağınız xahiş olunur.