Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

Cost of a visa and how to pay

ENG

The visa fee is linked to the “Quarterly Consular Exchange Rate” and is subject to change at the beginning of each quarter (1 January, 1 March, 1 June, and 1 October). Payment must be made exclusively in the local currency, the “New Azerbaijani Manat (AZN),” according to the applicable Quarterly Consular Exchange Rate. Updated information is available at: https://ambbaku.esteri.it/it/servizi-consolari-e-visti/servizi-per-il-cittadino-italiano/albo-consolare-e-altri-servizi/543-2/tariffe-consolari/

The visa fee must be paid at the time of submission of the application.

For Azerbaijani citizens, the fee for a Schengen visa (type “C”) is set at 35 Euros pursuant to the Visa Facilitation Agreement in force between the European Union and Azerbaijan. The same Agreement provides for visa fee exemptions for certain categories of applicants. Further information is available at: https://eur-lex.europa.eu/eli/agree_internation/2014/242/oj/eng

The Schengen visa fee for citizens of countries not covered by visa facilitation agreements is 90 Euros.

The fee for National Study Visas is 50 Euros, while the fee for other types of National Visas is 116 Euros.

The visa fee is payable regardless of the outcome of the application; therefore, in the event of refusal, the amount paid will not be refunded.

 

AZ

Viza rüsumu “Rüblük Konsulluq Məzənnəsi” nə əsaslanır və hər rübün əvvəlində (1 Yanvar, 1 Mart, 1 İyun və 1 Oktyabr tarixlərində) dəyişir. Ödəniş yalnız yerli valyuta olan “Yeni Azərbaycan Manatı (AZN)” ilə tətbiq olunan “Rüblük Konsulluq Məzənnəsinə” uyğun olaraq edilməlidir. Yenilənmiş məlumatı buradan əldə edə bilərsiniz: https://ambbaku.esteri.it/it/servizi-consolari-e-visti/servizi-per-il-cittadino-italiano/albo-consolare-e-altri-servizi/543-2/tariffe-consolari/

Viza rüsumu ərizə təqdim edildikdə ödənilməlidir.

Avropa İttifaqı ilə Azərbaycan arasında qüvvədə olan Viza Sadələşdirilməsi Sazişinə uyğun olaraq, Azərbaycan vətəndaşları üçün Şengen vizasının (“C” növü) rüsumu 35 avro olaraq müəyyən edilib. Həmin Saziş müraciət edən şəxslərin bəzi kateqoriyaları üçün vizanın ödənişsiz verilməsini də nəzərdə tutur. Əlavə məlumatları buradan əldə edə bilərsiniz: https://eur-lex.europa.eu/eli/agree_internation/2014/242/oj/eng

Viza sadələşdirilməsi sazişlərinin əhatə etmədiyi ölkələrin vətəndaşları üçün Şengen vizası rüsumu 90 avrodur.

Milli Təhsil Vizalarının rüsumu 50 avro, digər Milli Viza növləri üçün isə 116 avrodur.

Viza rüsumu müraciətin nəticəsindən asılı olmayaraq ödənilir; buna görə də, imtina halında ödənilən məbləğ geri qaytarılmır.