L’Azerbaigian è uno dei tanti Paesi che hanno espresso vicinanza all’Italia nella lotta contro il nuovo coronavirus. Dopo il video del Baku Media Center, in cui veniva intonato l’aria di Puccini “Nessun Dorma”, ecco un’altra manifestazione di solidarietà da parte degli amici azerbaigiani: per iniziativa della Fondazione Heydar Aliyev, nella notte tra l’8 e il 9 aprile, l’Heydar Aliyev Center si è tinto dei colori della bandiera italiana.
La Fondazione Heydar Aliyev da anni è un solido partner dell’Italia e dell’Ambasciata italiana a Baku per la promozione di progetti di cooperazione culturale internazionali.
Di grande impatto visivo la proiezione del tricolore italiano, proprio su uno dei principali monumenti simbolo della capitale dell’Azerbaigian.
L’Ambasciatore Augusto Massari, presente al momento dell’avvio della proiezione del tricolore, ha affermato che “questa iniziativa della Fondazione Heydar Aliyev è l’ennesima conferma di come l’Italia e l’Azerbaigian siano uniti non solo da un partenariato strategico – sottoscritto a Roma il 20 febbraio scorso dal Presidente conte e dal Presidente Aliyev – ma anche da una sincera amicizia che emerge in modo evidente questa sera a Baku”.
Per vedere il video si prega di cliccare i seguenti link: https://youtu.be/Bj7gMt9KLvw; https://youtu.be/geGN81DRLCk
***
Azərbaycan yeni koronavirusa qarşı mübarizədə İtaliyaya yaxın olduğunu ifadə edən bir çox ölkələrdən biridir. Puççininin “Nessun Dorma” ariyasının səsləndirildiyi Bakı Media Mərkəzinin videosundan sonra azərbaycanlı dostların həmrəyliyinin daha bir təzahürü olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə, Aprelin 8-dən 9-na keçən gecə Heydər Əliyev Mərkəzi İtaliya bayrağının rənglərinə boyandı.
Heydər Əliyev Fondu illərdir İtaliyanın və İtaliyanın Bakıdakı Səfirliyinin beynəlxalq mədəni əməkdaşlıq layihələrinin tanıdılması üçün güclü tərəfdaşdır.
İtaliya üçrəngli bayrağının Azərbaycanın paytaxtının əsas simvol abidələrindən birinə çevrilən Heydər Əliyev Mərkəzində nümayiş edilməsi mükəmməl bir vizual təsir bağışladı.
İtaliya bayrağının nümayiş edilməsinə başlandığı anda iştirak edən Səfir Augusto Massari bildirdi ki, “Heydər Əliyev Fondunun bu təşəbbüsü, Fevral ayının 20-də İtaliyanın Roma şəhərində Baş Nazir Conte və Prezident Əliyev tərəfindən vurğulanan İtaliya və Azərbaycan arasındakı nəinki strateji tərəfdaşlığın, həm də bu axşam Bakıda aydın şəkildə ortaya çıxan səmimi dostluq birləşməsinin daha bir təsdiqidir.
Videoya baxmaq üçün növbəti linklərə klikləyin: https://youtu.be/Bj7gMt9KLvw; https://youtu.be/geGN81DRLCk