Bu sayt texniki, analitik və üçüncü tərəf kukilərindən istifadə edir.
Gözdən keçirməyə davam etməklə siz kukilərdən istifadəni qəbul edirsiniz.

Preferences cookies

Xəbərlər

Axtarış parametrlərini daxil edin
Reset
23 March 2021
Italyan dilində bədii və elmi əsərlərin (rəqəmsal format daxil olmaqla) xarici dilə tərcüməsi, həmçinin qısa və uzun metrajlı filmlərin, televiziya seriallarının istehsalı və xarici dilə tərcüməsi üzrə mükafatların verilməsi ilə bağlı elan

İtaliyanın Bakıdakı Səfirliyi bildirir ki, İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Italyan dilində kitabların təşviqi, bədii və elmi əsərlərin (rəqəmsal format daxil olmaqla) xarici dilə tərcüməsi, həmçinin qısa və uzun metrajlı filmlərin, televiziya seriallarının istehsalı və xarici dilə tərcüməsi üzrə mükafatların verilməsi ilə bağlı elan vermişdir. Müraciətlər tələb olunan sənədlərlə birlikdə 7 may […]

Daha çox oxu
19 March 2021
Viza prosedurlarının rəqəmsallaşdırılması

Azərbaycan vətəndaşları aşağıdakı linkə daxil olub mövcud anketdə iştirak edərək viza prosedurlarının rəqəmsallaşdırılmasına dair ictimai məsləhətləşmələrdə iştirak etməyə dəvət olunur: https://ec.europa.eu/info/law/better-regulation/have-your-say/initiatives/12758-Digitalisation-of-visa-procedures/public-consultation və yaxud qeyd edilən QR kod vasitəsilə:

Daha çox oxu
18 March 2021
Bu gün bütün İtaliya və Səfirliyimiz Covid-19 pandemiyasının bütün qurbanlarını yad edir

Bu gün bütün İtaliya və Səfirliyimiz Covid-19 pandemiyasının bütün qurbanlarını yad edir. Bir il əvvəl epidemiyanın ən çətin anında Azərbaycan Hökumətinin İtaliyanın bəzi səhiyyə müəssisələrinə etdiyi mühim ianə jestini də xatırlatmaq istərdik. Növbəti aylarda İtaliya Hökuməti həmrəylik və minnətdarlıq əlaməti olaraq, Mülki Müdafiə Departamentinin Azərbaycanın səhiyyə müəssisələrini dəstəkləmək missiyası ilə Azərbaycan Səhiyyə Nazirliyi və Romadakı […]

Daha çox oxu
18 March 2021
Səfir Massari bu gün Komandir Xaçı rütbəsi ilə İtaliyanın Ulduzu Ordenini səfir Pərvin Mirzəzadəyə və Socarın vitse-prezident cənab Elşad Nəssirova təqdim etdi

Səfir Augusto Massari dünən Italiya Respublikasının Prezidenti Sergio Mattarella tərəfindən təyin edilən, Komandir Xaçı rütbəsi ilə İtaliyanın Ulduzu Ordenini səfir Pərvin Mirzəzadəyə və investisiyalar və SOCAR marketinqi üzrə vitse-prezident olan cənab Elşad Nəssirova təqdim etdi. Təqdim edilən bu ordenlər iki mükafatçının İtaliya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın inkişafına verdiyi mühüm töhfəyə verilən hörmət və […]

Daha çox oxu
11 March 2021
LİNGUİST DİL MƏRKƏZİ TƏRƏFİNDƏN TƏŞKİL EDİLƏN KURSLAR

LINGUIST Dil Mərkəzi 2010-cu ildə təsis edilmiş və 2019-cu ildə Siena Əcnəbilər Universiteti (İtaliya) ilə müəllim və tələbə mübadiləsi, təhsil proqramları, müəllimlərin təkmilləşdirilməsi və dil bacarıqlarını müəyyən etmək üçün imtahanları reallaşdırmaq məqsədilə əməkdaşlıq üzrə anlaşma imzalamışdır. Hal-hazırda Dil Mərkəzində müxtəlif səviyyələr üzrə italyan dili kursları təşkil edilir və həftədə bir dəfə danışıq klubu fəaliyyət göstərir. […]

Daha çox oxu
11 March 2021
DANTE ALİGHİERİ CƏMİYYƏTİ

Dante Alighieri Cəmiyyəti 1889-cu ildə “dünyada italyan dili və mədəniyyətinin qorunması və təbliği’’ məqsədi ilə yaradılmışdır. Cəmiyyət bunu xaricdəki komitələri vasitəsi ilə formalaşdırdığı “Dante Alighieri” mərkəzləri, kitabxanaları, italyan dili və mədəniyyəti klubları və kursları təşkil etməklə icra edir. Dante Alighieri Cəmiyyətinin Italiyada 81, dünya üzrə isə 401 komitəsi mövcuddur.Onlardan biri də 2013-cü ilin yanvar ayında […]

Daha çox oxu
10 March 2021
“İtaliyanın Bakıdakı Səfirliyi”, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin tarixinə və Bakıdakı İtalyan diplomatiyasının məkanlarına həsr olunmuş orijinal nəşr

23 oktyabr 2020-ci il tarixində İtaliyanın Bakıdakı Səfirliyi, Xaqani küçəsindəki yeni binaya köçdü. Düz bir əsr öncə məhz həmin küçədə İtaliyanın Kral Hökuməti tərəfindən o zamankı Azərbaycan Demokratik Respublikasına göndərilən diplomatik nümayəndəlik yerləşirdi. Respublika Prezidenti Sergio Mattarellanın 2018-ci ilin iyul ayında Azərbaycana tarixi dövlət səfəri münasibətilə səsləndirdiyi müraciəti və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin […]

Daha çox oxu
10 March 2021
Səfirliyin rəsmi saytının Azərbaycan dilində versiyası

Səfirliyin rəsmi saytının Azərbaycan dilində versiyası bu gündən artıq xidmətinizdədir. Bu, ictimaiyyətə məlumat və xidmətləri daha sürətli və şəffaf şəkildə təqdim etmək üçün yeni bir vasitədir. Səfirliyin fəaliyyəti, tədbirləri, eləcə də Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin və İtalyan qurumlarının Azərbaycanlılar üçün nəzərdə tutulmuş bir çox imkanları barədə bütün yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin. […]

Daha çox oxu
9 March 2021
Innovitalia – Elmi diplomatiya portalı

Innovitalia, İtaliyanın Universitet və Tədqiqat Nazirliyi eləcə də Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirlikləri tərəfindən irəli sürülən bir web portaldır. Mərkəzi bir səhifədən giriş edilə bilən 33 Ölkə bölməsindən təşkil edilmişdir. Ölkə bölmələri birbaşa İtaliyanın xaricdəki diplomatik konsulluq idarələrinin Elmi şöbələri və Farnesina tərəfindən idarə olunur. Portal, xaricdə İtalyan araşdırmaları və SeT əməkdaşlığı ilə bağlı […]

Daha çox oxu
5 March 2021
İtaliyanın və Azərbaycanın gənc şairlərinin əsərlərindən ibarət “Milyon illər sonra görüşdük” adlı antologiyanın ilkin təqdimatı

Səfir Augusto Massari bu səhər Səfirlikdə şairə Nigar Həsənzadə ilə görüşdü və onunla İtalyanın və Azərbaycanın gənc şairlərinin şeirlərindən ibarət “Milyon illər sonra görüşdük ” adlı antologiyanın ilkin təqdimatını reallaşdırdı.Bu nəşr layihəsi Azərbaycanlı şairə Nigar Həsənzadə ilə 2019-cu ildə Bakıya səfər edən İtalyan şair və yazıçısı Davide Rondoninin işbirliyinin nəticəsidir: həmin tədbir çərçivəsində məşhur Azərbaycan […]

Daha çox oxu