Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

İtaliyanın və Azərbaycanın gənc şairlərinin əsərlərindən ibarət “Milyon illər sonra görüşdük” adlı antologiyanın ilkin təqdimatı

Səfir Augusto Massari bu səhər Səfirlikdə şairə Nigar Həsənzadə ilə görüşdü və onunla İtalyanın və Azərbaycanın gənc şairlərinin şeirlərindən ibarət “Milyon illər sonra görüşdük ” adlı antologiyanın ilkin təqdimatını reallaşdırdı.
Bu nəşr layihəsi Azərbaycanlı şairə Nigar Həsənzadə ilə 2019-cu ildə Bakıya səfər edən İtalyan şair və yazıçısı Davide Rondoninin işbirliyinin nəticəsidir: həmin tədbir çərçivəsində məşhur Azərbaycan yazıçıcı, uzun illərdir həm də Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, hər iki ölkənin gənc şairlərinin təbliği üçün on Azərbaycan gənc şairinin və on İtaliyanın gənc şairlərinin şeirlərini özündə əks etdirən bir antologiyanın (iki dildə) nəşrini nəzərdə tutan ortaq bir layihə ideyasını irəli sürdü ki, bu gün gerçəyə çevrilir.
Antologiyanın nəşrinin koordinasiyası işi Izabella Serra və Aydan Əliyevaya, mətnlərin tərcüməsi Zuleyxa Muradovaya aiddir. Layihə İtaliyanın Bakıdakı Səfirliyi tərəfindən ölkəmizin təbliği üçün Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən maliyyələşdirilən “VIVERE ALL’ITALIANA” proqramı çərçivəsində dəstəklənir.
“Milyon illər sonra görüşdük” antologiyası İtaliyanın Azərbaycandakı Səfirliyi tərəfindən mədəni diplomatiya fəaliyyəti kimi başladılan bir sıra təşəbbüslərin bir hissəsidir: məqsəd hər iki ölkənin gənc incəsənət xadimlərinin tanıdılmasıdır ki, şairlərdən başqa rəssam və musiqiçilər də bu lahiyələrə cəlb ediləcək.