Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

PRENOT@MI: 5 DEKABR BAZAR ERTƏSİNDƏN KONSULLUQ XİDMƏTLƏRİ VƏ TƏSDİQ SƏNƏDİNİ ƏLDƏ ETMƏK ÜÇÜN GÖRÜŞLƏRİN GÖTÜRÜLMƏSİNDƏ YENİ SİSTEM

Məlumat veririk ki, bazar ertəsi 5 dekabr 2022-ci il tarixindən etibarən konsulluq xidmətləri və təsdiq sənədini əldə etmək üçün görüş götürülməsi üçün yeni sistem qüvvədə olacaq.

Prenot@Mi üzərinə klikləyərək italyan və ingilis dilində açılacaq qeydiyyat səhfəsinə daxil olacaqsınız.

Qeydiyyatdan keçdikdən sonra istifadəçi sistemə daxil olacaq (italyan, ingilis və azərbaycan dillərində) və görüş gününü seçə biləcək. Görüş günlərinin uyğun olub olmaması aşağıdakı rənglərdə qeyd olunacaq.

1) Boş olan günlər (Yaşıl)

2) uyğun olmayan günlər (Qırmızı)

3) Bayrama görə və yaxud Səfirliyin başqa səbəbdən bağlı olmasına görə uyğun olmayan günlər (Qara)

Azyaşlı uşaqları olanlar üçün görüş maksimum 2 uşağa müşayiət edə biləcək valideyn tərəfindən götürülməlidir (məs. 4 nəfərlik bir ailə, ata, ana və iki uşaqdan ibarətdirsə iki görüş götürmək lazım olacaq, 2 valideyndən ibarət ailə və üç uşağı üçün iki görüş götürülməlidir). Prenot@Mi saytında “qeydlər” hissəsində ailənin tərkibi qeyd edilməsi məsləhət görülür.

Görüşlərin təyin edilməsi sistemi aktivləşdirildikdən sonra Səfirlik istək üzərinə görüş təyin ETMƏYƏCƏKDİR. Görüş götürmək üçün yalnız və yeganə üsul Prenot@Mi saytı vasitəsilə mümkün olacaqdır.