Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

Bando “Call for Solutions”

İtaliyanın iqlim dəyişikliyi ilə mübarizə üçün qəbul etdiyi təşəbbüslərin bir hissəsi olaraq, xüsusilə də “Youth4Climate” (Y4C) layihəsi çərçivəsində, Ekologiya və Enerji Təhlükəsizliyi Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) arasında əməkdaşlığın nəticəsi olaraq, “Call for Solutions“ -“ Həll üçün çağırış” bu il yenidən başladı və 26 fevral – 26 may tarixləri arasında açıq olacaqdır. Təşəbbüs aşağıdakı tematik istiqamətlər üzrə layihə təkliflərini təqdim etmək istəyən 18-29 yaş arası gənclərə yönəlib: 1) İqlim və ekoloji maarifləndirmə; 2) Davamlı enerji; 3) Qida və kənd təsərrüfatı; 4) Təbii irs; 5) Davamlı istehlak və istehsal. Bu ilki layihə təklifləri üç dildə – ingilis, fransız və ispan dillərində təqdim etməyə imkan verir və hər bir qalib layihə üçün 30.000 ABŞ dolları məbləğində maliyyə töhfəsi ayrılacaqdır. Təkliflər aşağıdakı amillərdən ən azı ikisini əhatə etməlidir:

  • Texnologiya: Problemləri həll etmək üçün qabaqcıl texnologiyaların daxil edilməsi;
  • Birgə dizayn: qadınlar kimi həssas qrupların dizayna fəal şəkildə cəlb edilməsi,

uşaqlar, gənclər, milli və ya etnik azlıqlar, yerli əhali, əlillər,

LGBTQI+ fərdləri, qaçqınlar.

  • Tərəfdaşlıq və birgə fəaliyyət: maraqlı tərəfləri cəlb etmək.
  • Təbiətə əsaslanan həllər: təbii ekosistemləri gücləndirən yanaşmalar.
  • Davranış dəyişikliyi: davamlı davranışlara təsir etmək

İştirak etmək üçün:

  • https://community.youth4climate.info/Welcome saytında qeydiyyatdan keçmək
  • Layihə təklifini və büdcə şablonunu təlimatlara uyğun olaraq tamamlamaq.
  • İngilis, Fransız və ya İspan dillərində təqdimat videosunu (2-3 dəqiqə) yazmaq.

Qaliblər layihələrini həyata keçirmək üçün 30 000 ABŞ dolları məbləğində maliyyə yardımı alacaqlar.