Questo sito utilizza cookies tecnici (necessari) e analitici.
Proseguendo nella navigazione accetti l'utilizzo dei cookie.

Notarius

Notarius sənədləri

Konsulluq İdarəsi hüquq sistemimiz tərəfindən müəyyən edilmiş bu kimi notarial xidmətləri,yalnız daimi və ya müvəqqəti xaricdə yaşayan italyan vətəndaşları üçün nəzərdə tutmuşdur.

Əslində bu xidmət, dövlət sənədlərinin (etibarnamələr, vəkalətnamələr), notarial və identifikasiya sənədlərinin qəbul olunmasını ehtiva edir.

Konsulluq idarələrinin göstərdiyi müxtəlif notarial xidmətlər arasında ən çox müraciət olunanlar aşağıdakılardır:

· Xüsusi və ümumi etibarnamələr

· İdentifikasiya əməliyyatları

· Vəkalətnamələr

Yuxarıda göstərilən sənədlərin italyan dilində tərtib olunması üçün, dil biliyini təsdiq edən etibarlı sənədlə birgə, şəxsin səfirliyin Konsulluq şöbəsində fiziki iştirakı tələb olunur.

ETİBARNAMƏ ÜÇÜN MÜRACİƏT

Sənədlərin hazırlanması üçün, məsələnin mürəkkəbliyini nəzərə alaraq, İtaliyada Konsulluq idarəsində imzalanmış sənədi alacaq hüquq məsləhətçisi və ya etibarlı notariusla əvvəlcədən məsləhətləşməyiniz tövsiyə olunur. sənədin necə yazılması və layihənin göndərilməsi barədə məlumat almaq üçün bunu etmək lazımdır.

Notarius kontoru tərəfindən tərtib ediləcək aktların (etibarnamə mətni) məzmunu hər zaman WORD formatda konsulluq idarəsinin (baku.consolare@esteri.it) elektron poçt ünvanına göndərilməlidir.

Konsulluq idarəsinin notarial kontoru tərəfindən notarial sənədlərin hazırlanması və “təsdiq edilmiş sənəd” formasında redaktəsi üçün ərizəçidən tələb olunan məlumatlar aşağıdakılardır

· VƏKALƏT VERƏN (vəkalətnamə / etibarnamə verən şəxs): soyadı və adı, doğulduğu yer və tarix, yaşayış yeri (şəhər, küçə / meydan, ev nömrəsi), italyan vergi kodu, şəxsiyyəti müəyyənləşdirmək üçün istifadə olunan pasport məlumatları, təhvil verən Polis İdarəsi, Səfirlik və ya Konsulluq, verilmə tarixi və sona çatma tarixi (səhifənin, fotoşəkillərin, ümumi məlumatların və yuxarıdakı qurumun göstərildiyi səhifənin elektron sürətinin göndərilməsi tövsiyə olunur);

· VƏKALƏTİ ALAN (vəkalətnamə / etibarnamə alan): soyadı və adı, doğulduğu yer və tarix, yaşayış yeri (şəhər, küçə / meydan, ev nömrəsi), italyan vergi kodu

· SƏNƏDİN MƏZMUNU

Konsulluq idarəsinin elektron poçt ünvanı: baku.consolare@esteri.it

Etibarnamə hazır olan kimi, imza, konsulluq rüsumlarının ödənişi və sənədin təhvili üçün(şəxsiyyəti təsdiq edən sənədlə) səfirlik tərəfindən müraciət edən şəxslə (pasportla) əlaqə yaradılacaq ( təxminən 2 həftədən sonra) ;

Müraciətin yerinə yetirilməsi üçün, mətni Word formatda göndərməyiniz xahiş olunur.

ÜMUMİ Etibarnamə və ya Səlahiyyətnamə -Sənədin verilməsi, düzəlişi, ləğvi (hər bir sənəd üçün): 80,00 avro, tələb olunan əlavə hər bir nüsxə üçün 16,00 avro (Ümumi Etibarnamənin əsli idarənin notarius sənədləri toplusunda qalır);

XÜSUSİ Etibarnamə və ya Səlahiyyətnamə – Sənədin verilməi, düzəlişi, ləğvi (hər bir sənəd üçün): 56,00 avro.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: https://www.esteri.it/mae/it/servizi/italiani-all-estero/attinotarili/procura.html