Xaricdə yaşayan italyanların reyestrinə dair, İtaliyanın konsulluq idarələrində həyata keçirilən prosedurlara xüsusi istinad edərək, mövcud məlumatlara Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin veb saytındakı linkdən daxil ola bilərsiniz:
AIRE – Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin veb saytındakı məlumatlar
Fast-it Portalı haqqında ətraflı məlumat üçün bu səhifəyə baxın.
2. AIRE-yə QEYDİYYATI NƏZƏRDƏ TUTULAN ŞƏXSLƏR
AİRE-də qeydiyyatdan keçmək aşağıdakı hallarda AİRE-nin təsis etdiyi əsasnamə ilə müəyyən edilmiş bir öhdəlikdir:
· İtaliya vətəndaşısınızsa və on iki aydan çox müddətə xaricə yaşamaq niyyətindəsinizsə;
· xaricdə doğulmuş və həmişə İtaliya ərazisindən kənarda yaşamış italyan vətəndaşısınızsa;
· Xaricdə İtaliya vətəndaşlığını qəbul etmisinizsə.
Aşağıdakı hallarda AİRE-də qeydiyyatdan keçmək tələb olunmur;
· On iki aydan az müddətə xaricə gedən vətəndaşlar;
· Mövsümi iş üçün xaricə gedən vətəndaşlar;
· Diplomatik və Konsulluq Münasibətlərinə dair Vyana Konvensiyaları çərçivəsində yerli hakimiyyət orqanlarına məlumat vermiş, xaricdə xidmət göstərən dövlət qulluqçuları və onlarla birlikdə yaşayan şəxslər;
· NATO-nun xaricdə yerləşən ofis və müəssisələrində xidmət göstərən italyan hərbçiləri.
Başqa bir konsulluq şöbəsindən AİRE-yə köçürülmə
Artıq AİRE-də qeydiyyatdan keçmiş və başqa bir konsulluq ərazisindən gələn İtaliya vətəndaşları, ZƏRURİ SƏNƏDLƏR adlı 3-cü bənddə göstərilən sənədləri yükləyərək, modulda gəldiyi ölkənin Səfirliyini və ya Konsulluğunu qeyd etməklə, FAST-IT Portalı vasitəsi ilə İtaliyanın Bakıdakı səfirliyinin Konsulluq İdarəsinə köçürülmə haqqında məlumat verməlidirlər. Bununla yanaşı,, FAST-IT Portalından istifadə etmək mümkün olmadığı təqdirdə, sənədləri elektron poçt vasitəsilə (baku.consolare@esteri.it) ünvanına göndərmək mümkündür.
3. ZƏRURİ SƏNƏDLƏR VƏ MÜRACİƏT FORMASI
A.İ.R.E.-də qeydiyyat daimi yaşayış yerini tərk etdikdən sonra 90 gün ərzində edilməlidir.
AİRE-də qeydiyyatdan keçmək üçün aşağıda qeyd olunan sənədləri təqdim etmək lazımdır:
1. Müvafiq qaydada doldurulmuş və imzalanmış qeydiyyat üçün müraciət (AİRE– yə qeydiyyat forması);
2. Azərbaycanda yaşadığını təsdiqləyən sənədlər, məsələn, yaşayış haqqında və ya ərizəçinin adına olan su, elektrik, qaz və ya bələdiyyə vergiləri haqqında sənəd. Azərbaycana uzunmüddətli giriş vizası da yaşayış haqqında sübut kimi qəbul edilir;
3. Pasport: fotoşəkil, imza və sənəd verən orqanın adı olan səhifələrin surəti.
A.I.R.E.-də qeydiyyatdan keçmək üçün həddi-buluğa çatmış italyan vətəndaşı müraciət formasını özüvə himayəsində olan şəxslər üçün təqdim etməlidir.
Qeydiyyat aparıla bilər:
a) FAST-IT Portalı vasitəsilə
b) e-mail vasitəsilə baku.consolare@esteri.it
Sənədləri pdf formatında göndərməyiniz xahiş olunur.
AİRE-də qeydiyyat pulsuzdur.
4. MÜDDƏT
A.İ.R.E. ilə əlaqəli bütün müraciətlər Fast-IT Portalı və ya elektron poçt vasitəsilə təqdim olunur. Müraciətlər, edildiyi tarixdən etibarən 30 iş günü ərzində həyata keçirilir.
Bir və ya daha çox tələb olunan sənədin olmaması səbəbindən natamam ərizələr qəbul oluna bilməz və ərizəçi tərəfindən çatışmayan sənədlər təqdim olunana qədər sənədin işlənmə müddəti dayandırılacaqdır.
AİRE -də qeydiyyatın təsdiqlənməsi Konsulluq şöbəsi tərəfindən deyil, xaricdə yaşayan əhalinin reyestrinin mütəmadi aparılması üçün səlahiyyətli orqan olan İtaliya Bələdiyyəsi tərəfindən həyata keçiriləcəkdir.
Buna görə də, maraqlı tərəflərdən İtaliya Bələdiyyəsindən müvafiq bildirişi gözləmələri və ya təsdiq üçün birbaşa İtaliya Bələdiyyəsi ilə əlaqə saxlamaları xahiş olunur. Lazımi bildirişi almağı və sonrakı mərhələləri asanlaşdırmaq üçün hər zaman bir e-poçt ünvanı və telefon nömrəsi təqdim etmək lazımdır.
Konsulluq şöbəsinə verilmiş bildirişin (AİRE-də qeydiyyatla bağlı müraciət) nəticələri, qeydiyyat tamamlandığı təqdirdə, bildirişin təqdim olundğu tarixidən etibarən qüvvəyə minir.
AİRE-də qeydiyyatdan keçdiyiniz təqdirdə, Bələdiyyənin Əhali Reyestrindən çıxarılma nəzərdə tutur.
5. QEYDİYYATLA BAĞLI ÖHDƏLİKLƏR
Vətəndaşlar, xaricdə olduqları müddətdə baş verən dəyişikliklə bağlı Konsulluq Şöbəsini məlumatlandırmalıdırlar: ünvan dəyişikliyi, köçürülmə, vətənə qayıtma, vətəndaşlıq, ailə vəziyyətindəki dəyişikliklər (evlilik, boşanma, uşaq doğulması və ya ailənin bir üzvünün ölümü və s.).
Yaşayış ünvanına gəldikdə, unutmayın ki, artıq ünvan mövcud deyilsə, göndərilən yazışmalar göndərən tərəfə geri qayıdır. Konsulluğun qəbul şöbəsi, yenilənmiş ünvanı əldə etmədiyi təqdirdə, səlahiyyətli orqan olan İtaliya Bələdiyyəsinə, ünvanın tapılmaması səbəbindən AIRE tərəfindən ləğv edilməsi üçün rəsmi məlumat verəcəkdir.
Yaşayış ünvanının yenilənməsi
Şəxsi məlumatların və yaşayış yerlərinin yenilənməsi konsulluq xidmətlərinin asanlaşdırılması və sənədlərin verilməsi, həmçinin səsvermə hüququndan istifadə üçün çox vacibdir. Şəxsi məlumatların yenilənməməsi, hər hansı bir konsulluq xidmətinin vaxtın uzanmasına səbəb olacaq və qeydiyyat tamamlandıqdan sonra baş tutacaqdır.
AİRE -dən məlumatların silinməsi
AİRE – dən məlumatların silinsi aşağıdakı hallarda baş verir:
– repatriasiya edildikdən sonra İtalyan Bələdiyyəsinə aid olan Yerli Əhalinin Reyestrində (A.P.R.) qeydiyyata alındıqda;
-ölüm və yaxud məhkəmə tərəfindən təsdiqlənmiş ehtimal olunan ölüm hallarında;
-şəxs tapılmadıqda və bunun əksi sübut edilmədiyi təqdirdə, doğumundan 100 il keçibsə və ya növbəti iki axtarışdan sonra xaricdə yaşayan şəxsin bildirdiyi ünvan etibarsızdırsa və yeni ev ünvanını əldə etmək mümkün deyilsə;
· İtaliya vətəndaşlığından məhrum edildikdə;
İTALİYAYA REPATRİASİYA VƏ YA XARİCƏ KÖÇMƏK
Həm İtaliyaya repatriasiya, həm də başqa bir xarici ölkəyə köçmə baş verdiyi halda, Azərbaycan qeydiyyatının ləğv edilməsini təmin etmək lazımdır. Bu konsulluq reyestrinin ləğvinin, daimi əhalinin reyestrində (İtaliyaya qayıtdığı halında) və ya xarici ölkədəki konsulluq reyestrində birbaşa qeydiyyatı tamamlamadığını bildiririk. Əslində qeydiyyatı rəsmiləşdirmək üçün İtaliya Bələdiyyəsinə və ya təyinat yeri üzrə İtaliya Konsulluq Nümayəndəliyinə getmək məcburiyyəti qalır.
Qısaca olaraq:
AİRE nədir: Xaricdə yaşayan italyanların qeydiyyatı
KİMLƏR QEYDİYYATDAN KEÇMƏLİDİR: Xaricdə 12 aydan çox müddətə yaşayan İtaliya vətəndaşları
NƏ ÜÇÜN? Qanuni bir öhdəlikdir və konsulluq xidmətlərindən istifadə üçün zəruridir
NƏ ZAMAN: Yaşayış yerini tərk etdikdən sonra 90 gün ərzində
HARADA: FAST-IT Portalı, baku.consolare@esteri.it. elektron ünvanı vasitəsilə