Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

Vətandaşlıq

NİKAHA GÖRƏ VƏTƏNDAŞLIĞIN ALINMASI

Əcnəbi həyat yoldaşı və ya bir İtalyan vətəndaşı tərəfindən vətəndaşlıq alınması, 91/92 saylı qanunla tənzimlənir. 5, 6, 7 və 8 -ci maddələri sonradan 4 oktyabr 2018-ci il tarixli 11 saylı fərmanla dəyişdirilmişdir. Yəni əcnəbi həyat yoldaşı, müəyyən tələblər nəzərə alınmaqla, italyan vətəndaşlığını ala bilər:

İtaliyada qanuni şəkildə yaşadığı halda: evlilik tarixindən 2 (iki) il sonra;

xaricdə üç (3) illik evlilikdən sonra.

Bu şərtlər, cütlüyün doğulmuş və ya övladlığa götürülən uşaqları varsa, əlavə olaraq yarıya endirilir.

Nikah və ər-arvad öhdəlikləri fərman qəbul edilənə qədər qüvvədə qalmalıdır. Ən azı üç il azadlıqdan məhrumetmə cəzası verilən cinayətlərə və ya xarici bir məhkəmə orqanı tərəfindən qeyri-siyasi xarakterli cinayətlərə görə bir ildən çox müddətə məhkum luq hökmünün olmadığı təqdirdə; Cinayət Məcəlləsinin ikinci cildinin, I bölməsinin  I, II və III fəsillərində (şəxsiyyət əleyhinə olan cinayətlər) nəzərdə tutulmuş cinayətlərdən birinə görə məhkum edilmədiyi təqdirdə; dövlət təhlükəsizliyi üçün maneələr olmadığı təqdirdə.

Nikah şəhadətnaməsinin İtaliya bələdiyyəsinin vətəndaşlıq vəziyyəti aktlarında qeyd olunması vacibdir.

Buna görə müraciət etməzdən əvvəl nikah şəhadətnaməsindən çıxarış istəməyiniz məsləhətdir.

DİQQƏT:

4 dekabr 2018-ci il tarixindən etibarən (1 dekabr 2018-ci il tarixli, 132 saylı Qanunla) 91/1992 saylı Qanunun 9.1-ci maddəsinin tətbiq olunduğunu bildiririk. Yuxarıda göstərilən qanuna və 5-ci maddəyə əsasən, Avropa dil portfelinin B1 səviyyəsində italyan dilini bilmək İtaliya vətəndaşlığının tanınması üçün vacib şərtdir (nikaha görə vətəndaşlıq).

Bu tələb, dövlət və ya ona bərabər təhsil müəssisəsi tərəfindən verilən sənəd və yaxud sertifikatlaşdırma orqanı tərəfindən verilən sertifikatla yerinə yetirilməlidir.

Hal-hazırda vahid sertifikatlaşdırma sisteminə (İtalyan Dili üzrə Keyfiyyət Sertifikatı) aid olan sertifikatlaşdırma orqanları aşağıdakılardır:

• Siena Əcnəbilər Universitet,

• Peruca Əcnəbilər Universitet,

• Roma Tre Universiteti,

• Dante Alighieri Cəmiyyəti

Bu  qayda 4 dekabr 2018-ci il tarixindən etibarən tətbiq olunduğundan, göstərilən  tarixdən sonra bu kimi attestatlar (şəhadətnamələr) və sertifikatlar olmadan təqdim olunan müraciətlər rədd ediləcəkdir.

1 Avqust 2015-ci il tarixindən etibarən birbaşa Daxili İşlər Nazirliyinin https://cittadinanza.dlci.interno.it, portalında elektron qaydada qanunla tələb olunan beş sənəd yüklənərək təqdim edilməlidir.

Saytda necə qeydiyyatdan keçmək lazımdır?

Qeydiyyatın yerinə yetirilməsi üçün etibarlı və aktiv elektron poçt ünvanı tələb olunur.

Müraciət https://cittadinanza.dlci.interno.it/ veb səhifəsinin sol hissəsindəki naviqasiya menyusunda mövcud olan “Qeydiyyatdan keçin”  bölməsinə daxil olmaqla həyata keçirilir.

Aşağıdakı şəxsi məlumatların  daxil edilməsi mütləqdir:

· Ad

· Soyad

· Doğum tarixi

· Elektron poçt

· Şifrə

Bütün sənədlərdəki şəxsi məlumatların uyğunluğunu və doğum yeri haqqında dəqiq məlumatları yoxlamaq tövsiyə olunur. Xanımlar ailə qurmazdan əvvəlki soyadlarını mütləq daxil etməlidirlər.

Modul göndərildikdən sonra sistem qeydiyyat üçün istifadə olunan e-poçt ünvanına təsdiq cavabı göndərəcəkdir.

E-poçt vasitəsilə əldə olunan linkdən istifadə edərək qeydiyyatı təsdiqləmək üçün göndərilən təlimatlara əməl etməlisiniz.

Qeydiyyat təsdiqləndikdən sonra şəxsi istifadə üçün yaradılan istifadəçi adı və şifrəsi ilə sistemə daxil olmaq mümkün olacaq.

MÜRACİƏT ETMƏZDƏN ÖNCƏ YERİNƏ YETİRİLMƏLİ OLAN TƏLƏBLƏR

Nikah tarixindən üç il sonra xaricdə yaşamaq (mülki hüquq nəticələr pozulmadıqda, ləğv edilmədikdə və dayandırılmadıqda, qanuni boşanma olmadıqda). Bu şərtlər azyaşlı və ya həyat yoldaşı tərəfindən övladlığa götürülmüş uşaqların olduğu təqdirdə yarıya (18 aya qədər) endirilir.

· Nikah şəhadətnaməsinin İtaliya bələdiyyəsində qeydiyyata alınması vacibdir.

Müraciət formasına əlavə olunan sənədlər:

1. Ölkənin səlahiyyətli orqanları tərəfindən verilən, müraciət edən şəxsin valideynləri barədə məlumatları təsdiq edən doğum haqqında şəhadətnamədən çıxarış sənədi və onun tərcüməsi;

2. Doğulduğu ölkə və ya yaşadığı digər üçüncü ölkələrdən aldığı məhkumluq haqqında arayış və bununla əlaqəli sənədlərin italyan dilinə tərcüməsi. Bu arayışların 6 ay müddətində qüvvədə olduğunu bildiririk;

· Haaqa Konvensiyasına üzv olan dövlətlərin səlahiyyətli orqanları tərəfindən “Apostil” möhürü vurulan sənədlər və onların tərcüməsi;

3.İtalyan bələdiyyəsi tərəfindən verilmiş nikah sənədindən çıxarış və ya sənədin qeydiyyatı və ya transkripti

4. İtalyan dili haqqında sertifikat/attestat: Dövlət və ya ona bərabər təhsil müəssisəsi tərəfindən verilən sənəd və yaxud sertifikatlaşdırma orqanı tərəfindən verilən B1 səviyyəsindən aşağı olmayan dil sertifikatı.

5. Daxili İşlər Nazirliyinin cari poçt hesabına 250 avro dəyərində olan ödəməni təsdiq edən hesab məlumatları

MINISTERO DELL’INTERNO D.L.C.I. CITTADINANZA

IBAN: IT54D0760103200000000809020, səbəbini göstərilməklə,

“richiesta cittadinanza ex art. 5 legge 91/92 di (nome cognome del/della richiedente)”

“”91/92 saylı qanunun 5-ci maddəsinə əsasən  vətəndaşlıq tələbi (ərizəçinin adı, soyadı)”

Ödəniş aşağıdakı üsullarla həyata keçirilə bilər:

a)xarici bank köçürməsi yolu ilə (BIC / SWIFT kodu: BPPIITRRXXX)

b) EUROGIRO dövriyyəsi vasitəsilə (BIC / SWIFT Kodu: PIBPITRA)

Müraciət tamamlandıqdan və yuxarıdakı sənədlərin hamısı daxil edildikdən sonra xülasə sənədi və çatdırılma qəbzi hazırlanacaqdır.

Daha sonra ərizəçi qəbul, “şərti qəbul” və ya ərizənin rədd edilməsi ilə bağlı mesaj alacaq.

Sənədin müddəalarına uyğun olaraq İtaliya vətəndaşlığı alma proseduru  üçün son müddət, 4 oktyabr 2018-ci il tarixli  14 saylı maddənin  113-cü bəndinə əsasən  müraciət tarixindən sonrakı  48 ay ərzində müəyyənləşdirilir.

Daha sonra, Konsulluq Şöbəsinin  tələbi ilə, ərizəçi əvvəlcədən elektron qaydada göndərmiş olduğu sənədlərin əslini təqdim etmək üçün, İtaliya vətəndaşı olan həyat yoldaşı ilə birlikdə təyin olunan görüşə gəlməli, həmçinin  vətəndaşlıq ərizəsindəki imzanın doğruluğunu təsdiqləmək üçün ödəniş etməlidir. DİQQƏT: “ALI” portalından məlumat almadığınız halda  görüş təyin etməyin.

İtaliya vətəndaşlığı haqqında verilən  qərar, müraciət edən tərəfə sifarişli məktub vasitəsilə bildiriləcəkdir. Ünvanlarını dəyişdirən şəxslərə məlumatı dərhal yeniləmələri tövsiyə olunur.

İtaliya vətəndaşlığının verilməsi ilə bağlı  bildirişdən  sonra  altı ay ərzində maraqlı tərəf İtaliya Respublikasına və qanunlarına sədaqət andı içmək üçün Konsulluğa gəlməlidir.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

http://www.esteri.it/MAE/IT/Italiani_nel_Mondo/ServiziConsolari/Cittadinanza.html