Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

İTALİYAYA İNSAN RESURSU CƏLB ELƏMƏK ÜÇÜN VERGİ TƏŞVİQLƏRİ

01-1

İtaliyanın iqtisadi, elmi və mədəni inkişafına dəstək olmaq üçün İtaliyanın vergi sistemi İtaliyaya köçən insanlar üçün burada işləmək və ya yaşamaq üçün çoxsaylı güzəştlər təqdim edir. Bəzi görülən tədbirlər bir neçə ildir ki, qüvvədədir, digərləri isə bu yaxınlarda qüvvəyə minmişdir. Onların hamısının ümumi bir məqsədi var: insan resurslarını İtaliyaya cəlb etmək. Məsələn, Məsələn, İtaliya vergi sistemi xaricdə yaşayan və İtaliyaya köçən professor və tədqiqatçıların İtaliyada qazandıqları gəlirlər üçün vergi güzəştləri verir. “Repatriasiya edilmiş” işçilər üçün də vergi güzəşti nəzərdə tutulur, və yaxud:

  • xaricdə işləmiş məzunlar
  • xaricdə akademik dərəcə əldə etmiş tələbələr
  • yüksək ixtisasa malik rəhbərlər və işçilər

2017-ci ilin Büdcə Qanunu (11 dekabr 2016-cı il tarixli, 232 nömrəli Qanun) şaxələndirilmiş stimullar kompleksinə malik olmaq üçün mövcud rejimlərin səmərəliliyini gücləndirmiş və yeni əlverişli tədbirlər tətbiq etmişdir. İnvestisiya və istehlakı təşviq etmək məqsədi ilə İtaliya, müəyyən bir iş fəaliyyəti ilə məşğul olmaqdan asılı olmayaraq İtaliyaya köçənlər üçün də təşviqlər tətbiq etdi.  Xüsusilə də, bu şəxslər xaricdə əldə etdikləri gəlirdən əvəzedici vergiyə cəlb olunurlar. Bundan əlavə, bu təşviq onların ailə üzvlərinə də şamil edilə bilər. Daha çox məlumat əldə etmək üçün maraqlı şəxsləri saytın bu bölməsini oxumağa dəvət olunur:

 

Regime fiscale per i cittadini stranieri ad alto reddito che trasferiscono la residenza in Italia